Millət vəkili Türkiyə mətbuatında Ermənistanın sərhəd təxribatından yazdı

Millət vəkili Türkiyə mətbuatında Ermənistanın sərhəd təxribatından yazdı 

“2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür.

Bu, beynəlxalq birliyin gözü qarşısında baş verən növbəti güc tətbiq etməklə həyata keçirilən təxribatdır”. 

Faktinfo.az xəbər verir ki,bu fikirlər Milli Məclisin deputatı Könül Nurullayevanın Türkiyə mətbuatında dərc olunan “Ermənistanın sərhəd təxribatı işğalçının terrorçu mahiyyətini göstərir” başlıqlı məqaləsində yer alıb. Yazıda qeyd olunur ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir: “Ermənistanın əsas niyyəti işğal altındakı ərazilərdə “status-kvo” vəziyyətini qoruyub saxlamaqdır.

Ermənistan eyni zamanda uzun müddətdir ki, bu cür hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Amma işğalçı ölkə bir reallığı unudur ki,

Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri vardır.”

Həlak olan hərbçilərimizin qisasının alındığını və şəhidlərimizin qanının yerdə qalmayacağını bildirən K.Nurullayeva

Ermənistanın niyə təmas xəttində deyil, məhz sərhəddə belə bir təxribata əl atmasına da münasibət bildirib: “Sərhəd təxribatı o zaman baş verdi ki, artıq işğalçı ölkədə ictimai-siyasi proseslər nəzarətdən çıxmışdı. Sözdə inqilab yolu ilə hakimiyyətə gətirilən Paşinyan hökumət başçısı kimi meydanlarda xalqa verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi. Bu da mövcud sosial-iqtisadi böhranı daha da dərinləşdirdi. Üstəlik, Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında öz səriştəsizliyi ucbatından dəfələrlə gülünc vəziyyətə düşdü. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos forumu, Valday diskussiya klubu, Münhen Təhlükəsizlik Konfransı və digər nüfuzlu platformalardakı aqrumentlərlə dolu bəyanatları qarşısında aciz duruma düşən Paşinyanın imici daha da zədələndi. 

Eyni zamanda bütün dünya ictimaiyyəti martda Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etməyərək Azərbaycanın ərazi bütövlüyünə dəstəyini təsdiq etdi. Bu günün reallığı ondan ibarətdir ki, Ermənistanın populist baş naziri faktiki olaraq ölkədə diktatura rejimi qurub, bütün siyasi rəqiblərini təqib edir, həbs edir. Bu səbəbdən sözdə demokrat baş nazir öz ölkəsində artıq siyasi diletant, populist və diktator kimi qəbul olunur. Mövcud pandemiya şəraiti isə onsuz da sosial problemlər məngənəsində boğulan işğalçı ölkəni iflic vəziyyətə salıb. 

Belə olan halda daxildə artan narazılığa, miqyası günbəgün artan sosial partlayışa tab gətirməyəcəyini anlayan Paşinyan hakimiyyəti diqqəti xarici düşmən istiqamətinə yönəltmək məqsədilə sərhəddə təxribata əl atdı. Bununla işğalçı ölkə həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.“

Məqalədə qeyd olunur ki, Paşinyanın “xarici təhlükə” qarşısında cəmiyyəti səfərbər etmək, müxalifəti neytrallaşdırmaq və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq niyyəti baş tutmadı.

Müəllif həmçinin Ermənistan silahlı birləşmələrinin sərhəd kəndlərini atəşə tutmasına, mülki əhalini hədəfə almasına da diqqət çəkir: “Bu, Ermənistanın terrorçu mahiyyətinin növbəti sübutudur. İndiki məqamda yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməli, işğalçıya üzərinə düşən məsuliyyəti xatırlatmalıdır.”

Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı ilk reaksiyanın məhz dost-qardaş Türkiyədən gəlməsinin, çoxsaylı dəstək bəyanatlarının verilməsinin Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə

qarşılandığnı qeyd edən millət vəkilinin qənaətincə, bu, “bir millət-iki dövlət” prinsipinin dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələri əhatə etdiyini bir daha təsdiqləyir. 1. 


https://www.tgrthaber.com.tr/dunya/azerbaycan-milli-meclisi-milletvekili-nurullayevadan-ermenistan-aciklamasi-2725769 

2. https://www.sondakika-haberleri.net/son-dakika-azerbaycan-milli-meclisi-milletvekili-nurullayeva-dan-ermenistan-a-klamas-son-dakika-haberler-sondakika-haberleri-net/84835/ 

3. https://www.haberler.com/azerbaycan-milli-meclisi-milletvekili-nurullayeva-13430343-haberi/ 

4. https://www.timeturk.com/azerbaycan-milli-meclisi-milletvekili-nurullayeva-dan-ermenistan-aciklamasi/haber-1567367

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi