
Milli Kitabxanada Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, bəstəkar-musiqişünas, filosof, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib -FOTOLAR
22 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, bəstəkar-musiqişünas, filosof, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Faktinfo.az xəbər verir ki,tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb, görkəmli alimin zəngin elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən, Azərbaycan musiqişünaslığı və fəlsəfi fikir tarixinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Natiq Gülnaz Abdullazadənin çoxşaxəli elmi yaradıcılığının, fundamental tədqiqatlarının və uzun illər ərzində yetişdirdiyi tələbələrin Azərbaycan elm və mədəniyyətində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə Bakı Musiqi Akademiyasının əməkdaşları, Gülnaz Abdullazadənin tələbələri və həmkarları – Zümrüd Məmmədova, Rauf Bəhmənli, İlahə Qismət, Arif Əsədullayev, Könül Nəsirova, Zeynal İsayev, İmina Əliyeva, Nərminə Ağası, Adilə Əfəndi, Nərgiz Hüseynova, Nuridə İsmayılzadə və Maya Qafarova çıxış ediblər.Çıxış edənlər Gülnaz Abdullazadənin çoxşaxəli elmi və yaradıcılıq fəaliyyətindən, musiqişünaslıq, fəlsəfə və estetik fikir sahəsində apardığı tədqiqatlardan bəhs edərək, onun elmi əsərlərinin və monoqrafiyalarının Azərbaycan musiqi elminin inkişafında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Qeyd olunub ki, professor Gülnaz Abdullazadənin uzun illər ərzində apardığı elmi araşdırmalar, pedaqoji fəaliyyəti və yetişdirdiyi tələbələr onun Azərbaycan musiqi elminin və bütövlükdə musiqi mədəniyyətimizin inkişafına verdiyi əvəzssiz töhfələr hesab oluna bilər.Sonda Gülnaz Abdullazadə göstərilən diqqət və ehtirama görə Milli Kitabxananın rəhbərliyinə və tədbir iştirakçılara təşəkkürünü bildirib.
Daha sonra iştirakçılar Gülnaz Abdullazadənin həyat və yaradıcılığını əks etdirən 100-dən artıq ədəbiyyat nümunəsinin nümayiş olunduğu sərgi ilə tanış olublar.Sərgidə alimin monoqrafiyaları, dərslikləri, elmi əsərləri, ön söz müəllifi, tərtibçisi və redaktoru olduğu nəşrlər, habelə həyat və yaradıcılığı haqqında ədəbiyyatlar təqdim edilib.
Faktinfo.az
























Bu xəbər üçün şərh yazın