Mübariz Mənsimovdan daha bir mütərəqqi addım- Əlavə 100 tələbəyə də təqaüd verəcək – Şərtlər açıqlandı
İş adamı Mübariz Mənsimovun prezidenti olduğu “Palmali Holding” tərəfindən II Təqaüdünə Müraciət Prossesi açıq elan olunub.
Bununla da şəhid ailələri, qazilər və məcburi köçkün ailələrindən olan daha 100 azərbaycanlı tələbəyə təqaüd veriləcək.
Bununla da Türkiyədə təhsil alan və “Palmali Holding”in təqaüd proqramına cəlb edilən azərbaycanlı tələbələrin sırası daha da genişlənəcək.
“Palmali”nin II Təqaüd Proqramına cəlb olunacaq tələbə seçimində 3 kateqoriyaya aid olanlara üstünlük veriləcək:
1)Şəhid ailələri
2)Qazi ailələri
3)Məcburi köçkün ailələri
Qeyd edək ki, “Palmali”nin yeni təqaüd proqramı üzrə sənədlərin qəbulu 31 may 2019-cu tarixinə qədər həyata keçiriləcək.
Proqrama qatılmaq istəyən tələbələr zəruri sənədləri tam siyahı və bir faylda təqdim etməlidirlər. Sənədlərin araşdırılmasından sonra seçiləcək 100 tələbəyə növbəti tədris ilindən təqaüdlərin verilməsinə başlanılacaq.
Qeyd olunan kateqoriyaya uyğun tələbələr müraciətlərini [email protected] ünvanına göndərməlidir.
Onu da qeyd edək ki, bundan öncə təqaüd proqramına qoşulan 100 azərbaycanlı tələbə davamlı olaraq burslarını alırlar./yenicag.az
Bu xəbər üçün şərh yazın