Müharibə bu şərtlə dayandırıla bilər - Peskov
Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanı sülh danışıqlarına çağırıb və müharibəni dayandırmağın şərtlərini açıqlayıb.
Musavat.com xəbər verir ki, Peskov Ukraynanın Rusiyanın şərtlərini yerinə yetirməyə razı olacağı təqdirdə bütün hücumların dayandırıla biləcəyini deyib.
“Ukrayna rəhbərliyinin vəziyyəti normallaşdırmaq və problemi Rusiya tərəfinin tələblərinə cavab verəcək şəkildə həll etmək üçün hər cür imkanı var”, - Kremlin sözçüsü deyib.
Rusiyanın şərtləri hansılardır?
Peskov bildirib ki, Rusiyanın “xüsusi hərbi əməliyyatı” Ukraynada hakimiyyəti dəyişmək məqsədi daşımır.
Kremlin sülh şərtlərinə Rusiyaya birləşməyə qərar verən 4 bölgənin Moskvada qalması və Krım məsələsinin, ümumiyyətlə, müzakirə olunmaması daxildir.
Rusiya, həmçinin Ukraynanın “neytral” və “qeyri-nüvə” statusuna malik olmasının vacibliyini vurğulayır.
Ukrayna isə hər fürsətdə bildirir ki, rus əsgərləri işğal olunmuş ərazilərdən çəkilmədikcə Kiyev danışıqlar masasına əyləşməyəcək.
Bu xəbər üçün şərh yazın