Muharrem İnce "altılı masa" ilə birləşmədi

Muharrem İnce "altılı masa" ilə birləşmədi 

Türkiyənin Məmləkət Partiyası mayın 14-də keçiriləcək seçkilərdə Muharrem İncenin prezidentliyə namizədliyini irəli sürüb.

Faktinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Məmləkət Partiyasının sözçüsü İpek Özkal Sayan bildirib ki, seçkilər nəticəsində Muharrem İnce 2023-cü ildə keçiriləcək prezident seçkilərində Məmləkət Partiyasının namizədi olaraq yekdilliklə seçilib.


Qeyd edək ki,Muharrem İncenin sədri olduğu Məmləkət Partiyasının "altılı masa"ilə danışıqlarda olduğu,keçmiş CHP-çinin "Millət İttifaqı" ilə vahid platformada birləşib,Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyinə dair təkliflərin varlığı yazılırdı.

Fərqliliyi,məntiqi və apardığı paralellərlə həmişə diqqət kəsb edən Məmləkət Partiyasının sədri Muharrem İnce kifayət qədər sevilən siyasətçi hesab edilir.Onun Azərbaycana sevgisi təqdirə layiq bilinir.Hətta Türkiyədə bir çox alimlər,müəyyən faiz gənclər Muharrem İnceni Rəcəb Tayyib Ərdoğandan sonra ölkə üçün ən məqbul siyasətçi kimi görürlər.


Onu da qeyd edək ki,2018-ci il prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana qarşı CHP-nin namizədi olaraq Muharrem İnce 30,6 faiz səs toplamışdı.Bəlkə də vətənpərvərliyini,siyasətçi kimi ədalət hissini itirmədiyini nəzərə aldığından, Rəcəb Tayyib Ərdoğan keçmiş CHP sədri Dəniz Baykal üçün keçirilən vida mərasimində Muharrem İnce ilə görüşüb,onun yanında dayanmışdı. "Ərdoğan yalnız onunla görüşdü,"-həmin anlar,mətbuata gündəm vurmuşdu.

FAKTİNFO.AZ 



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər