“Mükafatlardan ötrü darıxmağa başlamışam” — Ronaldodan ETİRAF
“Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldoya milli komandaların ən yaxşı bombardiri mükafatı təqdim olunub.
Faktinfo.az Demokrat.az-a istinadla xəbər verir ki,mükafatlandırma mərasimindən sonra 37 yaşlı hücumçu jurnalistlərlə duyğularını bölüşüb:
“Mən çox məmnunam. Artıq mükafatlar üçün darıxmağa başlamışam. Birlikdə oynadığım və oynamağa davam edəcəyim insanlarla fəxr edirəm”.
Qeyd edək ki, K.Ronaldo 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etməyi planlaşdırdığını da bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın