“Nant”ın baş məşqçisi - “Qarabağ”a afərin"

“Nant”ın baş məşqçisi - “Qarabağ”a afərin" 

“Birinci hissə yaxşı oynadıq. Amma qol vura bilmədik”.

Bunu “Nant”ın baş məşqçisi Antuan Kombuare deyib.

O, Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ”la Bakıdakı oyunundan sonra mətbuat konfransında iştirak edib. Kombuare görüş barədə fikirlərini açıqlayıb: “Rəqib bundan yararlandı. Onlara afərin deyirəm. Bravo. Futbolda belə nəticələr qeydə alına bilər. Biz növbəti matçda rəqibdən revanş almaq istəyirik. Bizim Liqa 1-də vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm”.

Qeyd edək ki, “Qarabağ” “Nant”ı 3:0 hesabı ilə məğlub yola salıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi