NATO Baş katibindən daha bir Qarabağ açıqlaması - "Münaqişədə tərəf deyilik, Türkiyə vacib müttəfiqdir"

NATO Baş katibindən daha bir Qarabağ açıqlaması - "Münaqişədə tərəf deyilik, Türkiyə vacib müttəfiqdir" 

Xəbər verdiyimiz kimi, NATO-nun Baş katibi Yens Stoltenberq və Ermənistan Prezidenti Armen Sarkisyan Brüsseldə NATO qərargahındakı görüşlərdən sonra mətbuat konfransı keçiriblər.

Virtualaz.org bildirir ki, Yens Stoltenberq Qarabağ münaqişəsindən danışarkən deyib: “Cənab prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”.

Baş katib Azərbaycan rəhbərliyi ilə görüşməyə hazır olub-olmadığı barədə jurnalistlərin sualını da cavablandırıb: “Dediyim kimi, hər iki ölkə NATO-nun hörmətli tərəfdaşlarıdır. Tərəfdaş dövlətin başçısı Brüsselə gələrək görüş istədikdə, mənim üçün belə bir görüşün keçirilməsi təbiidir. Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə daha əvvəl ev sahibliyi etdik və onunla yenidən danışmağa hazıram. Ermənistan və Azərbaycan rəhbərləri də daxil olmaqla, müxtəlif tərəfdaş ölkələrin liderləri ilə görüşəndə bu tərəfdaşlığımızın bir hissəsidir. Bu yaxınlarda Ermənistan prezidenti ilə görüşdüm və belə bir görüş üçün bir müraciət olarsa, Azərbaycan Prezidenti ilə görüş keçirəcəyəm”.

O bir daha qeyd edib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin bir hissəsi deyil. Bununla yanaşı, Türkiyə NATO üzrə vacib müttəfiqdir və Alyansın rəhbəri bu mövqeyi Ermənistan prezidentinin diqqətinə çatdırıb.

NATO-nun atəşkəsin pozulması səbəbilə narahat olduğunu vurğulayan Yens Stoltenberq anlaşmazlıqların bitməsi və sülh yolu ilə həllini tapılmasının vacibliyini qeyd edib.

“Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidirlər”, - deyə Baş katib bildirib.

O, NATO-nun ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəklədiyini qeyd edib və ABŞ-da iki ölkənin xarici işlər nazirləri arasında görüşün keçiriləcəyini alqışladıqlarını vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi