Neft Fondu valyuta satışını 11% azaldıb
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 2 643,6 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
Report.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11% azdır.
Bu ilin I yarısında valyuta satışının 315,9 mln. dolları iyun ayının payına düşüb. Bu isə ötən ilin iyun ayından 28% azdır.
Xatırladaq ki, ARDNF tərəfindən 2018-ci ilin yanvar-iyun ayları ərzində 2 974,5 mln. dollar, iyun ayında isə 439 mln. dollar məbləğində vəsait satılıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın