Neft Fondu valyuta satışını azaldıb- 12%
Dövlət Neft Fondu 2019-cu ilin yeddi ayı ərzində həyata keçirdiyi valyuta satışının məbləğini açıqlayıb.
Qurumun Mətbuat xidmətinin yaydığı məlumata görə, Fond göstərilən müddətdə 3 078,5 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 432,3 mln. dollar yaxud 12,3% azdır.
Məlumatda o da vurğulanıb ki, yeddi aylıq valyuta satışının 434,9 mln. dolları iyul ayının payına düşüb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın