Neft kəskin ucuzlaşdı

Neft kəskin ucuzlaşdı 

Neft qiymətləri ABŞ-dakı xam neft ehtiyatların artması və ticarət gərginliyinin təsiri ilə düşür. Brent neftinin qiyməti 70 dollardan, ABŞ xam neftinin qiyməti isə 60 dollardan aşağı düşüb.

 Bakı vaxtı ilə saat 18:43-ə olan məlumata görə, Brent neftinin qiyməti 4,4% ucuzlaşma ilə 67,92 dollara geriləyib.

ABŞ xam neftinin (WTI) qiyməti isə Mart ayından bəri ilk dəfə 60 dollardan aşağı düşüb. ABŞ xam nefti 5,3% ucuzlaşıb və barelinin qiyməti 58.34 dollara geriləyib.

ABŞ-ın neft ehtiyatlarındakı artım təklif çoxluğu narahatlıqlarını artırıb. Eyni zamanda, dünyanın ən böyük iki iqtisadiyyatı (Çin və ABŞ) arasında tam əhatəli bir ticarət müharibəsinin yaşanması neftə olan tələbə mənfi təsir edə bilər.

ABŞ-ın neft ehtiyatları keçən həftə 4.7 milyon barel artaraq 2017-ci ilin ortasından bəri ən yüksək səviyyəsinə qalxıb.

Analitiklər bildirirlər ki, nə Orta Şərqdə gərginliyin yüksəlməsi, nə də OPEC-in hasilatın azaldılması müqaviləsini uzatması neft qiymətlərini “dar intervaldan” yüksəldə bilmədi. Ticarət müharibəsinin qlobal iqtisadi artım üzərindəki təsirinə dair narahatlıqlar və güclənən dollar neft qiymətlərini məhdudlaşdırır./Marja

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər