Nəhəng yeraltı qəbiristanlıq inşa edilir –Qüdsdə
Qüdsün yaxınlığındakı dağın altında nəhəng yeraltı qəbiristanlıq üçün 1,5 kilometrlik tunel inşa edilir.
İş üç il ərzində aparılıb. Bildirilir ki, İsraildə dəfn üçün torpaq sahəsi artıq çatışmır. Bu səbəbdən də yeraltı qəbiristanlıqların inşasına qərar verilib.
8 min yer üçün nəzərdə tutulan bu qəbiristanlığın birinci hissənin açılışı 2019-cu ilin oktyabrına planlaşdırılıb. Qalan hissələrinin isə yaxın illərdə açılması nəzərdə tutulur.
Tunellərdə temperatur 23 dərəcədə saxlanılır. Bura Yaponiyanın kapsul otellərini xatırladır. Layihənin ümumi dəyəri 50 milyon dollardır və tunellər dağın bütün yeraltı ərazisinin yalnız 5%-ni əhatə edir./Trend.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın