Nərimanov adına NQÇİ-dən narazılıq-Qoçəli Mahmudov şirkət tərəfindən verilən...
"SOCAR Nərimanov adına NQÇİ-nin rəisi Qoçəli Mahmudov şirkət tərəfindən verilən "təqaüdçüləri" işdən et, tələbini yerinə yetirərkən, "təqaüd proqramının "iştirakçısı tələbələrdən işdənçıxma ərizəsi alıb". Bu iddianı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı səsləndirib.
M.Qəhrəmanlı Nərimanov Neft-Qaz Çıxarma İdarəsinin rəisinin yol verdiyi qanun pozuntusuna işarə edərək daha sonra əlavə edib: "Ölkə prezidenti tərəfindən vəzifəyə təyin olunmuş SOCAR rəhbərliyi tərəfindən təqaüd yaşına çatmış işçilərin müxtəlif üsul, təzyiqlərlə məcburi işdən azad olunması prosesi davam edir".
DİA.AZ bildirir ki, NHMT sədri daha sonra haqqı tapdanan işçilərə xitab edib: "Hörmətli işçilər. Təqaüdçü olduğunuz üçün heç kim sizi işdən azad edə bilməz. Əmək Müqaviləsinə əlavə olunmuş bəndə qol çəkməyin, işdənçıxma ərizəsi yazmayın. Bunu parlamentin qəbul etdiyi və ölkə prezidenti tərəfindən təsdiq olunmuş Əmək Məcəlləsinin müvafiq maddəsi deyir.
ARƏM Maddə 70 e-bəndi (?dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər)
SOCAR dövlət büdcəsindən maliyyələşmir. Lakin SOCAR və onun tərkibinə daxil olan bütün müəssisələrində , işçilərə təzyiq edilərək, yaş həddi ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi barədə əmək müqaviləsinə razılaşmalar əlavə edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.3 maddəsinə əsasən işçilərin Əmək məcəlləsində nəzərdə tutulan hüquq və güzəştləri məhdudlaşdırıla bilməz. Təbii ki,bu siyasət xüsusi "immunitet"ə malik olan şəxslərə aid olunmur..."
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Bu xəbər üçün şərh yazın