Neymar həbs oluna bilər

Neymar həbs oluna bilər 

Braziliyalı millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar həbs oluna bilər.

30 yaşlı hücumçunun transfer hüquqlarının 40 faizinə sahib olan Braziliyanın DIS şirkəti oyunçunun azadlıqdan məhrum olunması üçün məhkəməyə müraciət edib.

 İddiaya görə, təcrübəli forvard İspaniya "Barselona"sında çıxış edərkən şirkətə çatmalı olan 35 milyon avronu ödəməyib. Vəsait futbolçunun müqaviləsindəki gizli bəndlərə görə şirkətin hesabına köçürülməyib.

 Qeyd edək ki, Neymar 2013-cü ildə 88 milyon avro təzminat qarşılığında ölkəsinin "Santos" klubundan "Barselona"ya keçib./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi