Neymardan vida mesajı: "Messi ilə oynamaq mənim üçün şərəf idi”.
Bir futbolçunun xəyal edəcəyi hər şeyi yaşadım. Yeni macəralar axtarışında olduğum üçün Fransanın “Pari Sen-Jermen” (PSJ) klubunda oynayacağam.
Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri 222 milyon avro qarşılığında Fransanın “Pari Sen-Jermen” (PSJ) klubuna transfer olunan “Barselona” komandasının keçmiş futbolçusu Neymar İnstaqram hesabında yazıb.
Transferi haqqında fikirlərini bölüşən Neymar “Barselona” klubundakı günlərini xatırlayaraq, Messi ilə dostluğundan bəhs edib:
“Bu günə qədər gördüyüm ən mükəmməl futbolçu ilə birlikdə oynadığım üçün qurur duyuram. Əminəm ki, bir daha ondan yaxşısını görməyəcəyəm. Futboldan kənarda da dostum olan Messi ilə oynamaq mənim üçün şərəf idi”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın