Niyaz Niftiyev sərbəst buraxıldı

Niyaz Niftiyev sərbəst buraxıldı -Səbəb

Faktinfo.az Təzadlar.az-a istinadən xəbər verir ki,dünən aprelin 16-da keçirilən əməliyyat zamanı saxlanılan Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyev sərbəst buraxılıb.

Belə ki, o, saxlanıldığı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən buraxılıb. Məlumata görə, iş üzrə daha bir nəfər istintaqa cəlb edilib. Araşdırma zamanı Niyaz Niftiyevin saxta olduğu deyilən 431 arayışdan sadəcə 3-də imzası olduğu üzə çıxıb. Həmin arayışların isə saxta olmadığı, kiçik ticarətlə məşğul olan şəxslərə verildiyi məlum olub.
N.Niftiyev vəkili vasitəsi ilə mətbuata ətraflı məlumat verəcəyini bildirib. Cinayət işi ilə bağlı araşdırma davam edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi