Nizami rayonu 214 saylı məktəbdə bıçaqlanma hadisəsi baş verib ? - "Özü yıxılıb"
Bakı şəhəri Nizami rayonu Vüqar Sadıqov adına 214 saylı məktəbdə bıçaqlanma hadisəsi baş verib. Direktor Esmira Ağayeva isə bu hadisəni ört-basdır etdirir.
Faktinfo.az xəbər verir ki, xəbər verir ki, bu barədə Bizimyol.info saytına daxil olan məlumatda bildirilir. Qeyd edilir ki, hadisə dərs vaxtında məktəbin ayaqyolunda baş verib və Azərbaycan bölməsində oxuyan 10 c sinif şagirdi Ə.M. (şərti ad) və rus bölməsinin 11ç sinif şagirdi İ.S.-ni bıçaqlayıb. Nəticədə İ.S ayaq nayihəsindən iki dəfə xəsarət alıb .
Daxil olan məlumatda o da vurğulanır ki, Esmira Ağayeva və tərbiyə işləri üzrə direktor müavini Arzu Alışqızı məktəbdə baş vermiş cinayət hadisəsini ört-basdır edirlər. “Hadisəyə belə don geynidirlib ki, guya İ.S. məktəbin ayaq yolunda olarkən qırıq kafel ilə zədələnib və digər şagirdə də bir müddət dərsə gəlməməyi məsləhət görüblər”.
Qeyd olunur ki, hadisəni törədən uşağın yaxın qohumu hüquq-mühafizə orqanında yüksək vəzifədə işləyir.
Məsələ ilə bağlı müraciətə məktəbin direktoru Esmira Ağayeva bildirib ki, suallara yalnız Bakı Şəhər Təhsil İdarəsi cavab verə bilər.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinı sorğu ilə müraciət olunub.
Qurumdan bildirilib ki, hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır və nəticələri barədə əlavə məlumat veriləcəkdir. “Eyni zamanda hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsində müvafiq istintaq tədbirləri aparılır”.
Bu xəbər üçün şərh yazın