"O, ÇOX SADƏ İNSANDIR " -Şəhid anası Əli Nağıyev haqqında
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general Əli Nağıyev ona edilən müraciətə xüsusi diqqət nümayiş etdirib. O, şəhid anasının xahişini yerinə yetirərək şəhid Əli Nağıyevin ailəsini ziyarət edib.
Faktinfo.az xəbər verir ki,şəhid anası Lalə Nağıyeva öz təssüratlarını Bizim.Media.az-a bildirib.
O, bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi ilə görüş maraqlı oldu.
“Mən Əli müəllimi evimizə qonaq çağıranda ürəyim də bir ümid vardı ki, o, mənim təklifimi qəbul edəcək. Sağ olsun, bizi ziyarət etdi. O, çox sadə və səmimi insandır. Bizimlə səmimi söhbət etdi, bizi diqqətlə dinlədi. General daima onların, cənab Prezidentin diqqətində, dövlətin nəzarətində olduğumuzu bildirdi. Digər övladımın təhsili və işi barəsində dəstək olacağını da söz verdi. İnşallah bu yaxınlarda evimiz təmir olacaq. Sağ olsun, dövlət, cənab Prezident bizdən qayğısını əskik etmir”.
Sonda Lalə xanım bu sözlərlə fikrini tamamlayıb:
“İndiyə qədər ürəyimdən nə keçibsə şükür Allaha çoxu yerinə yetib. Oğlumun da general olmağını arzulayırdım, indi o, ən ali zirvədə Şəhidlik Zirvəsindədir”.
Bu xəbər üçün şərh yazın