Palata şərab istehsal edən şirkəti cərimələdi –Səbəb

Palata şərab istehsal edən şirkəti cərimələdi –Səbəb 

Maliyyə Bazarlarına Nəzarət Palatası “Mərəndi” MMC-ni cərimə edib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Yasamal Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Mərəndi” MMC şərab istehsal edən müəssisədir/Report.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi