Partiya sədrindən Musabəyovla bağlı sərt açıqlama:

Partiya sədrindən Musabəyovla bağlı sərt açıqlama: "Babası Qəzənfər Musabəyovun yolu ilə gedir"

“Çox unutqan millətik. Özümüzə qənim kəsilməkdə tayımız-bərabərimiz yoxdur. Bəlkə də dünyada öz tarixinə, keçmişinə laqeyd olan ikinci belə millət tapmaq mümkün deyil”.

Bunu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib.

 

GAP sədri bildirib ki, Azərbaycan xalqını, dövlətini təhqir etmiş, suverenliyini pozmaqla təhdid etmiş Jirinovskiyə cavab verən mərhum Xalq şairi Bəxtiyar Vəhabzadənin oğlu İsfəndiyar Vahabzadəyə deputat Rasim Musabəyov çox tərbiyəsiz bir formada cavab verib: “Bu, Rusiyadakı ağalarının əl-üzünü yumaq cəhdidir. Jirinovski xalqımızı, dövlətimizi, millətimizi təhqir edəndə, aşağılayanda, ağzına su almış Musabəyovun dili indi açılıb, görünür. O da öz vətəndaşımızın üzərinə! 1918-ci il Mart qırğınını Şaumyanın əmri ilə həyata keçirən əsas təşkilatçılar sırasında yer almış Qəzənfər Musabəyovun davamçısından bundan artıq mövqe də gözləməyə dəyməzdi.


“Rasim Musabəyov Bakının hərbi komendantı olmuş babası Qəzənfər Musabəyovun yolu ilə gedir” desəm, daha doğru olardı. Atalar demiş: Ot öz kökü üstə bitər! Əli xalqımızın qanına batmış birinin qan qohumu, davamçısından milli mövqe gözləmək də sadəlövlük olardı. Rasim Musabəyovun kimliyini araşdırmağa xüsusi ehtiyac da yoxdur. Əgər milli təəssübkeşliymiz olsa idi, bu gün babası Qəzənfər Musabəyovla qürur duyan birinin Azərbaycanın Milli Məclisində təmsil olunmasına imkan verməzdik. Heç kimə sirr deyil ki, birinci hökumətimizin çökməsində Musabəyovlar nəslinin xüsusi xidmətləri olub. Bir tərəfdə özünü riskə ataraq, güllələnməyi gözünün önünə alaraq Azərbaycanın milli kimliyini ifadə edən Gülüstan poemasının müəllifi Bəxtiyar Vahabzadə soyu, digər tərəfdə isə Azərbaycanın işğalında xüsusi xidmətləri olmuş, Mart qırğınının əsas təşkilatçılarından biri olan Qəzənfər Musabəyov soyu... 


Məncə əlavə şərhə ehtiyac yoxdur… Necə ola bilər ki, Rusiya Dumasının deputatı Jirinovski xalqımıza “qoyun” deyəndə təhqir sayılmır, Azərbaycan vətəndaşı buna cavab olaraq “donuz” deyəndə bu təhqir yasılır?! Bəxtiyar Vəhabzadə kimi milli və dövlətçi birinin soyundan olanı “mudak” adlandıran Qəzəfər Musabəyov soyunun davamçısısı Rasim Musabəyov əcaba ölkəmiz, xalqımız, millətimiz, eyni zamanda ölkə rəhbərliyimiz tənqid və təhqir olunanda Jirinovskiyə “mudak” deyə bilməzdimi? Olmaya Rasim Musabəyovun potensialı dövlətini, millətini müdafiə edənləri aşağılamaqdan, təhqir etməkdən ibarətdir? Bəlkə də nəvə Musabəyovun bugünlük missiyası budur. Bəlkə də babasının qisasını Vahabzadə irsini hədəf seçməklə alır… Hər halda xalqına, millətinə, dövlətinə deyil, başqa dövlətlərin paytaxtlarına bağlı olanların Azərbaycan Respublikası Milli Məclisində yer almağa haqqı yoxdur! Papaq kimi başdan-başa gəzmiş, Ayaz Mütəllibovu AXC-yə, AXC-ni Müsavat Partiyasına, Müsavat Partiyasını mövcud mandata satmış və satmağa meyilli biri ənənəsinə sadiq qalaraq mütləqdir ki, bir gün də mövcud mövqeyini, milli maraqları, dövlət maraqlarını başqalarına satsın… Belə sürüşkən insana güvənmək olarmı? Hər-halda düşünmək üçün hələ də gec deyil…”/Pravda.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi