Paşinyanın gündəm yaradacaq müsahibəsi: “İsgəndər” raketlərini atdıq, partlamadı
Ermənistan Baş naziri Nikol Paşinyan 1in.am agentliyinə geniş müsahibə verib.
Faktinfo.az Modern.az-a istinadla xəbər verir ki, müsahibədə Paşinyan Ermənistanın Qarabağ məsələsindəki gələcək planları, üçtərəfli razılaşmanın bəndlərinin icrası, müxalifətin növbədənkənar seçki tələbləri və iqtisadi sahədə planları barədə danışıb.
Müsahibə zamanı Nikol Paşinyan eks-prezident Serj Sərkisyanın "İsgəndər” raketlərinin müharibənin ilk günlərində istifadə olunmaması ilə bağlı verdiyi açıqlamaya cavab verib. Paşinyan Rusiyadan satın alınan həmin raketlərin Qarabağ döyüşlərində tətbiq olunduğunu, sadəcə partlamadığını deyib.
"Qoy cavab versin (Serj Sərkisyan), niyə "İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10%-i partladı?"
Nikol Paşinyanın "İsgəndər” raketlərinin partlamaması barədə açıqlamasının silah istehsal edən Rusiyanın hakim dairələrinin ciddi narazılığına səbəb olacağı gözlənilir. Kreml həmin raketləri yalnız Ermənistana satmışdı.
Bu xəbər üçün şərh yazın