Pənah Hüseyn Bakı Şəhər Baş polis idarəsinə çağrıldı

Pənah Hüseyn Bakı Şəhər Baş polis idarəsinə çağrıldı 

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq xəbərdarlıq edilib.

APA.az-ın xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Məlumata görə, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq.

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi