Peres Kriştiano Ronaldonun satışına "qadağa" qoydu-Futbolçunun transfer qiymətini 1 milyard avroya qaldırdı

Peres Kriştiano Ronaldonun satışına "qadağa" qoydu-Futbolçunun transfer qiymətini 1 milyard avroya qaldırdı 

Madridin “Real” klubunun prezidenti Florentino Peres Kriştiano Ronaldonun komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət açıqlayıb.

Faktinfo.az  xəbər verir ki, klub prezidenti yayılan xəbərlərin həqiqət olmadığını bildirib:
 
"Ronaldo bu məsələyə görə bizə müraciət etməyib. Bu məlumatları qəzetlər yazırlar, insanlar mənə "A Bola" qəzetində yer alan xəbəri göndərirlər. Əlbəttə, bu xəbərlər bizi narahat edir. Ronaldo ilə Konfederasiyalar Kubokundan sonra mütləq görüşəcəm və bu məsələyə nöqtə qoyacam".
 
Peres portuqaliyalı futbolçunun transfer qiymətini də açıqlayıb: "Kriştianonun bizimlə müqaviləsi var və o, bizim futbolçudur. İndiki halda onun transfer qiyməti 1 milyard avrodur".

Bu isə o deməkdir ki, futbolçu satılmayacaq.Yox,onu   kimsə kulubunda görmək istəyirsə deyilən məbləği ödəməlidir...

Onu da qeyd edək ki,Prezident Alvaro Morata və Xames Rodriqesə görə heç bir klubdan rəsmi  təklif almadıqlarını deyib:
 
"Mançester Yunayted" daxil olmaqla, heç bir klubdan təklif almamışıq. Əsas hədəfimiz heyətimizi qorumaqdır".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər