Polşada hər uşağa ayda 100 avro müavinət ödəniləcək!
Polşanın Baş naziri Mateuş Moravetski ölkədə ümumi demoqrafik və iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün «Ailə 500+» proqramının genişləndirilməsindən söhbət açıb.
Proqrama əsasən, Polşada ailələrdəki yalnız ikinci və üçüncü uşağa yox, bütün uşaqlara ayda 500 zlot (100 avrodan yuxarı) həcmində mavinət ödəniləcək.
«Polşa radiosu»nun verdiyi xəbərə görə, ölkədə müavinət almaq hüququna malik 18 yaşa qədər uşaqların sayı 7 milyona yaxın olacaq.
Baş nazirin sözlərinə görə, islahat ölkədə ümumi daxili məhsulun (ÜDM) artmasına təsir göstərəcək, belə ki, gələcəkdə gənclər bütün ölkənin iqtisadi inkişafına xidmət göstərəcəklər.
Qeyd edək ki,Polşa neft-qaz ölkəsi deyil. /AzPolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın