Pompeo İran barədə:“Əlbəttə, lazım gələrsə, məmnuniyyətlə gedərəm ora”
ABŞ dövlət katibi Mayk Pompeo ehtiyac olarsa danışıqlar üçün Tehrana getməyə hazır olduğunu bildirib.
O, bu barədə “Bloomberg”ə açıqlamasında deyib.
“Əlbəttə, lazım gələrsə, məmnuniyyətlə gedərəm ora”, – deyə Pompeo bununla bağlı ünvanlanmış sualın cavabında qeyd edib.
Pompeo bildirib ki, ABŞ da İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifi belə bir imkandan məhrum etmir:
“Zərif Nyu-Yorka gələndə onun üçün avtomaşın ayrılır, o, ABŞ-ın ən gözəl şəhərlərindən birini gəzir, KİV-də çıxış edir, Amerika ictimaiyyətinə müraciət edir. O, Amerika radio və televiziyasında İran propaqandasını yeridir”, – dövlət katibi belə deyib. /APA.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın