Prezident Administrasiyasından 5 nəfər işdən çıxarıldı

Prezident Administrasiyasından 5 nəfər işdən çıxarıldı 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5 əməkdaşı işdən çıxarılıb.

Pravda.az-ın xəbərinə görə, şöbənin əməkdaşları - Əli Qazıyev, Orxan Məmmədov, Nəsir Muxtarlı, Əbülfət Rufiyev və  Kamran adlı şəxs tutduqları vəzifədən azad ediliblər.

 Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdir.

 Qeyd edək ki, PA-da Əbülfət Rufiyev İmişli rayonu üzrə “kurator”, Nəsir Muxtarlı isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi