“Primakovla bağlı tədbirdə iştirak etməmişəm” – Səməd Seyidov
“Sosial şəbəkələrdə Primakovun Bakıdakı sərgisinə qatılmağımla bağlı iddialar məni olduqca qəzəbləndirdi. Görünür ki, bu iddiaları irəli sürən şəxslər mənim “20 Yanvar” şəhidlərini çiynimdə daşıdığımdan, qanlı gecədə şəhid olmuş tələbəm Ülvi Bünyadzadənin adına muzey açmağımdan, doğma qardaşımın ermənilər tərəfindən qətlə yetirildiyindən bixəbərdirlər”.
Bu açıqlama ilə millət vəkili Səməd Seyidov çıxış edib:
“Sevinc Fətəliyevaya və həmin vaxt Brüsseldə olan Sahibə Qafarovaya qarşı da eyni böhtanı atan bu şəxslərin məqsədi heç bir əsası olmayan, yalan və böhtan xarakterli iddialar irəli sürərək, Dövlətimizin maraqlarını hər zaman hər şeydən üstün tutan, Azərbaycanı beynəlxalq aləmdə təmsil edən insanların əməklərini heçə sayaraq, çirkin şəkildə ləkələmək, insanlarda onlara qarşı nifrət hissi oyatmaqdır. O dərəcədə çirkindirlər ki, mənim Avropa Şurasında çəkilmiş şəklimi həmin tədbirdəki kimi təqdim etməkdən, xəbərim belə olmadığı bir tədbirdə iştirak etdiyimi iddia etməkdən belə utanmırlar”!/Turkustan.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın