Qalmaqallı icra başçısının birinci müavini vəzifəsindən çıxarıldı
Nərimanov rayon İcra başçısının müavini Şahmar İbadov vəzifəsindən azad edilib.
MediaPost.az-ın əldə etdiyi məlumata görə, 6 aydır işə çıxmayan Şahmar İbadov rəsmən vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, Şahmar İbadovun adı Kütləvi İnformasiya Vasitələrində (KİV) tez-tez neqativ yöndə hallanan bir məmur olub.
Onun adı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvlərinin evlərinin mənimsənilməsində, oğlunun bahalı maşınla avtoqəza törətməsində və digər xoşağəlməz məsələlərdə hallanırdı.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın