Qapıçı oyunu yarımçıq qoyub, taksi ilə qaçdı
Brazilyanın “Fiqeyrense” klubunun qapıçısı Fabio Qosalves maraqlı addımla gündəmə gəlib.
Faktinfo.az xəbər verir ki, “Fiqeyrense”də debüt matçına çıxan Qosalvesin qapısına rəqib “Boa” klubu iki dəfə yol tapmağı bacarıb. Bu qollardan biri meydanın mərkəzindən qapıya vurulub.
İki qoldan sonra Qosalves oyunda yaranan fasilə zamanı taksiyə əyləşərək, oyunu yarımçıq tərk edib və öz şəxsi işlərinin arxasınca gedib. Qapıçı həmin gündən etibarən bir daha komandaya geri dönməyib.
“Fiqeyrense” klubunun rəhbərliyi 38 yaşlı qapıçı ilə müqaviləsini pozmağa qərar verib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın