Qarabağ komitəsinin mitinqinə razılıq verilməyib
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ komitəsinin iyulun 23-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
APA.az-ın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Qarabağ komitəsinin Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.
Bununla bağlı təşkilatçılara məlumat çatdırılıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın