“Qarabağ” "Sürix"i məğlub etdi - YENİLƏNDİ
“Qarabağ” Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxıb.
Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində mübarizəyə qoşulub.
İsveçrə çempionu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk qarşılaşma da təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
İbrahima Vadjinin dubl etdiyi oyunda 3:2 hesablı qalibiyyət qazanan Qurban Qurbanovun yetirmələri bir həftə sonra Sürixdəki cavab matçı öncəsi kiçik üstünlük əldə edib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.
***
21:25
Davam edən "Qarabağ" -"Sürix" oyununda hesab 3-1 Ağdam təmsilçisinin xeyrinədir.
Pravda.az xəbər verir ki, İsveçrə təmsilçisi görüşün 65-ci dəqiqəsində Lindrit Kamberinin qolu ilə hesab arasındakı fərqi minimuma endirib.
Buraxılan qoldan dərhal sonra hücuma atılan "Köhlən atlar" İbrahima Vadjinin qolu ilə hesab arasındakı fərqi yenidən ikiyə çatdırıb.
Qeyd edək ki, bu Vadjinin oyun ərzində ikinci qolu idi.
***
20:43
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" -"Sürix" oyununda "Köhlən atlar" hesabı 2-0 edib.
Pravda.az xəbər verir ki, "Qarabağ"ın ikinci qolununun müəllifi İbrahima Vadji olub.
***
20:27
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrənin "Sürix" klubunu qəbul edir.
Pravda.az xəbər verir ki, hazırda davam edən oyunda "Qarabağ" 1-0 hesabı ilə qalib gəlir.
"Köhlən atlar" oyunun 17-ci dəqiqədə Filip Ozobicin ötürməsindən sonra Kadi ilə hesabı açıblar.
Leyla Yusubova
Bu xəbər üçün şərh yazın