Qərb milyonlarla müsəlman qırdı, indi isə... - Çex nazirdən şok
Qərbin imprealizm tarixini öyrənən müsəlmanlar radikallaşıb.
Faktinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Çexiya Xarici İşlər naziri Lubomir Zaoralek "Avropanın Gələcəyi" sammitində çıxışı zamanı deyib.
O bildirib ki, müsəlmanlarla razılığa gəlmək üçün Qərbin 20 ili qalıb:
“Oyanışla qarşı-qarşıyayıq. Yaxın Şərqdə həyata keçirilən imprealizm siyasətinin ağır nəticələrini indi yaşayırıq. Radikalların münasibətindən bunu aydın sezmək olur. Bu tendensiya Afrika və Asiyaya da sıçraya bilər. XIX əsrin birinci yarısından etibarən bir milyondan çox hindli ingilislər tərəfindən öldürüldü. Belçika Konqoda 10-15, ABŞ Vyetnamda 1-3 milyon insan məhv etdi. Fransa Əlcəzairdə, İtaliya Liviyada, Rusiya Zaqafqaziyada, Hollandiya isə İndoneziyada öldürdüyü müsəlmanlara görə birbaşa məsuliyyət daşıyır. Qərbin belə genişmiqyaslı vəhşilikləri unutması şokedicidir. Əgər Qərb özünə nə üçün belə nifrətlə yanaşıldığını anlamaq istəyirsə, o zaman tarixə nəzət yetirməlidir”.
Bu xəbər üçün şərh yazın