Qətər böhranında İsrailin ərəb dövlətləri ilə mövqeyi üst-üstə düşür -Təhlil

Qətər böhranında İsrailin ərəb dövlətləri ilə mövqeyi üst-üstə düşür -Təhlil 

Conatan Kuk"Al Jazeera"

İsrail analitiklərinin sözlərinə görə, İsrail ərəb ölkələrinin Səudiyyə bloku və Qətər arasında yaranmış parçalanmadan regionda, – həm “HƏMAS“ Fələstin hərəkatı, həm də İrana qarşı – öz strateji maraqlarını üçün istifadə etmək istəyir.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir "terrorizm"ə dəstək və İrana çox yaxın olma ittihamı bir həftə əvvəl Qətərlə əlaqələri kəsib. ABŞ prezidenti Donald Trampın regiona ötən aykı səfəri indi rəsmi Doha əleyhinə kampaniya hazırlıq kimi görünür.

Bu həftə İsrail Qətərə öz təhdidlərini yağdıraraq yanğına yağ əlavə edib. İsrailin müdafiə naziri Aviqdor Liberman Qüdsdəki “Əl-Cəzirə” bürosunun bağlanacağını bildirdi, bununla da telekanal işğal olunmuş Fələstin ərazilərini əhatə edə bilməyəcək. Baş nazir Benyamin Netanyahu da qərarı əsaslandırmaq üçün İsrail təhlükəsizlik xidmətləri ilə məsləhətləşmələr aparır.

“Əl-Cəzirə” məsələsində ərəb dövlətləri ilə Libermanın mövqeyi İsrailin maraqlarına tam uyğundur.

Liberman telekanalı "təhrik maşını” adlandırıb. “Bu nasist Almaniyası üslubunda çox pis təbliğatdır".

Lakin Liberman və Netanyahu İsrail və Səudiyyə Ərəbistanı arasında digər ortaq maraqları açıq etmək üçün lazımi an ələ keçirdi. Analitiklərin müşahidəsinə görə, İsrail, ilk növbədə, ən çətin regional opponentlərini – İran və “HƏMAS”ı zəiflətmək üçün Qətəri "terror"a tərəfdaşlıqda ittiham edərək Riyada qoşulub.

Qətər “HƏMAS”ın idarə etdiyi Qəzzada infrastruktur layihələrinə milyonlarla dollar nəql edib ki, uzun illərin İsrail blokadası və hərbi hücumları ucbatından yaranan humanitar böhran aradan qalxsın.

İsrail analitiki (ikinci İntifadanın əvvəlində İsrailin baş naziri Ehud Barakın köməkçisi olmuş) Yossi Alfer deyir ki, indiyədək yardımlar İsrailin səssiz razılığı ilə Qəzzaya ötürülüb.

Tramp Ağ Ev sahibi olandan İsrail hökuməti “HƏMAS”ın vintlərini sıxmaq üçün qərarlı olub. Y.Alfer “Əl-Cəzirə”yə bildirib: "İsrail “HƏMAS”ın indi çox zəif və təcrid olunmuş sayır".

Qətərlə parçalanmadan sonra Liberman İsrail parlamentində deyib: "Hətta ərəb dövlətləri bu bölgə üçün riskin İsrail deyil, əksinə, terror olduğunu başa düşür. Bu, əməkdaşlıq üçün fürsətdir".

B.Netanyahu ərəb dövlətlərini "düşmən yox, tərəfdaş kimi görmə"yə dair müdafiə nazirinin sözlərini dəstəklədi. O, Tramp admistrasiyasının İsraili yeni sülh danışıqlarına sürükləməsinin qarşısını almaq üçün böhrandan mənfəət götürmək əzmindədir. Bu, İranın müdaxiləsi və Fələstin "terror"unu qeyd etməklə, diplomatik təzyiqə əyilməmənin bir yoldur.

İsrailli xarici siyasət üzrə analitik Ceff Halper “Əl-Cəzirə”yə bildirib: "İsrailin strategiyası Fələstin məsələsini marginallaşdırmaqdır. Səudiyyə Ərəbistanından gələn siqnallar, Fələstin probleminə baxmayaraq, İsraillə münasibətlərin normallaşmasına hazırlığı ifadə edir”.

C.Halper deyib ki, İsrail Riyadla inkişaf etməkdə olan ittifaqa ümidlər bağlayır. Halbuki İsrail-Fələstin münaqişəsinin sona çatdırılması üçün 2002-ci ildə Səudiyyə sülh təşəbbüsü çıxış edib və regional həll təklifi ilə İsrail çaşqın vəziyyətə qoymuşdu.

"İsrail indi İrandan tutmuş, enerji və silah qədər diqqəti digər məsələlərə yönəltməyə çalışır. Fələstin məsələsini yox etmək üçün o hər şeyə hazırdır”, – Halper bildirib.

İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar arasında yaranan əlaqələri bu həftə “Əl-Cəzirə” əyani göstərib. İsrail lobbi qrupları tərəfindən maliyyələşdirilən 10 ABŞ qanunvericisi bu yaxınlarda Konqresə bir qanun layihəsi təqdim etdi. Layihə Fələstin "terroru"nu dəstəklədiyinə görə Qətərə qarşı ABŞ sanksiyalarını nəzərdə tutur.

Qanun layihəsi tələb edir ki, rəsmi Doha “HƏMAS”ın idarəçiliyindəki Qəzza üçün "maliyyə və hərbi dəstəyi" dayandırsın. ABŞ qanunvericilərinin mövqeyi Qəzzanı blokadada saxlayan həm İsrail, həm də Misirin maraqları ilə üst-üstə düşür.

Alfer deyir ki, İsrailin rəhbərliyi Körfəz ittifaqının “HƏMAS”ın təcridini gücləndirəcəyinə ümid edir. "Bu böhran “HƏMAS”ı regionda yoldaşsız qoyarsa, İsrail xoşbəxt olacaq".

Qəzzada Qətərin humanitar fəaliyyətini məhdudlaşdırmaq üçün çalışmaqla yanaşı, İsrail Fələstin Muxtariyyətinə də rəqibi zərərsizləşdirməkdə kömək edir.

Vaşinqton və Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun – münaqişələrin həlli üzrə “beyin mərkəzi”nin israilli analitiki Ofer Zalzberqin fikrincə, Netanyahu və Abbas Vaşinqtondakı yeni siyasi iqlimdən faydalanır.

O, “Əl-Cəzirə”yə deyib: "Tramp və Riyaddan alınan mesaj budur: “İndi siz ya pis uşaq və ya yaxşı uşaq olma seçimi etməlisiniz". Netanyahu Trampın hakim və münsiflər heyəti rəhbəri olduğunu başa düşür".

İran da daxil olmaqla, region dövlətləri ilə münasibətləri balansda saxlayan Qətərin siyasəti Tramp və Riyad üçün "çox boz"dur – bu, O.Zalzberqin müşahidəsidir.

Alfer İsraildə Qəzzaya qarşı ziddiyyətli impulsların olduğunu bildirib. “O, humanitar vəziyyətin nəzarəti altında olmasını istəyir. Bu, “HƏMAS”a qarşı yeni hərbi əməliyyatın qarşısını almaq üçündür”.

Ben Qurion Universitetinin siyasət professoru Neve Qordon “HƏMAS”la Qətər əlaqələrinin qırıldığı təqdirdə, onun Tehran yaxınlaşacağı fikrindədir.

"Qətərin köməyi olmadan “HƏMAS” üzünü tam olaraq İrana çevirəcək", – deyə o, “Əl-Cəzirə”yə bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər