Quba Rayon İcra Hakimiyyətinin başçısı sakinləri qəbul edib- - FOTOLAR
20 sentyabr 2023-cü il tarixində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov vətəndaşların qəbulunu keçirdib. Qəbulda əvvəlcədən siyahıya alınmış 23 nəfər sakin iştirak edib.
RİH-dən Faktinfo.az-a verilən məlumata görə,müraciətlər məşğulluq, torpaq sahəsinin ayrılması, dam örtüyünün dəyişdirilməsi və digər sosial yönlü məsələləri əhatə edib.Səsləndirilən müraciətlərin bəziləri yerində öz həllini tapıb, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Qəbuldan sonra İcra başçısı İlqar Mahmudov vətəndaşların şikayət və təklifləri ilə bağlı məsul şəxslərlə də müzakirələr aparıb,qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın