Qüdrət Həsənquliyev seçiciləri tərəfindən yüksək səviyyədə qəbul olundu - FOTOLAR
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, 36 saylı Xətai dördüncü Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Qüdrət Həsənquliyev Xətai rayonunun Kamandar Əhmədov küçəsində yerləşən qəzalı binanın sakinləri ilə görüşüb.
Qeyd edək ki, görüş seçicilərin öz təşəbbüsü ilə baş tutub. Açıq havada keçirilən görüşdə seçicilər - Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov və digərləri çıxış edərək Qüdrət Həsənquliyevin parlamentdəki fəaliyyətini yaxından izlədiklərini, razı qaldıqlarını və onun deputatlığa namizədliyini dəstəklədiklərini bildiriblər.
Seçicilərin suallarını cavablandıran BAXCP sədri seçki platformasının əsas istiqamətlərinə diqqət çəkib, dövlət quruculuğu və hüquq siyasəti, eləcə də sosial-iqtisadi sahədə aparılması labud olan islahatlardan söz açıb, problemlərə və onların həllinə kompleks yanaşılmasının vacibliyini vurğulayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın