Qurtuluşumuzun , xilasımızın səbəbkarı

Qurtuluşumuzun , xilasımızın səbəbkarı Ulu Öndər Heydər Əliyevdir

Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir.

HEYDƏR ƏLİYEV

15 iyun 1993-cü il Müstəqil Azərbaycan dövlətinin tarixinə daxil olmuş əlamətdar və ən əhəmiyyətli günlərdən biridir. Çünki məhz həmin gün xalqının səsinə səs verən, bütün çətinliklərə baxmayaraq Azərbaycanın taleyinə biganə qalmayan, xilaskarlıq missiyasını öz üzərinə götürən, bir milləti məhv olmaq təhlükəsindən qoruyan Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyə yenidən qayıtdığı tarixdir. Parçalanmaqdan, qırılmaqdan, vətəndaş müharibəsindən bizləri xilas edən o böyük lider müstəqil Azərbaycan dövlətinin memarı, müasir tariximizin banisi oldu. Nəbzi daim Azərbaycan naminə döyünən, həyatını,varlığını xalqına sərf edən Ümummilli lider Azərbaycanın hər bir qarış torpağını, hər bir bölgəsini sonsuz məhəbbətlə sevirdi. Təbii ki, bu sevgidən, məhəbbətdən füzulilərin də xüsusi payı vardır.

1994-cü il yanvar ayının 5-də reallaşan uğurlu “Horadiz” əməliyyatı Ulu Öndər Heydər Əliyevin füzulilərə ən böyük bəxşişi oldu. Azərbaycan Milli Ordusunun ilk mühüm qələbəsi olan bu əməliyyat nəticəsində Horadiz və 22 yaşayış məntəqəsi düşməndən azad olundu. Bu gün məhz həmin torpaqlarda rahat yaşayan və işləyən füzulilər Ulu Öndər Heydər Əliyevin siyasətini, onun həmişəyaşar ideyalarını ürəkdən dəstəkləyirlər. İndi Füzulidə aparılan tikinti quruculuq işləri, yaşıllıq , abadlaşdırma tədbirləri, qurulan infrastruktur layihələr, məcburi köçkünlər üçün salınan müasir tipli qəsəbələr Ulu Öndər Heydər Əliyevin ideyalarının yaşadığını, siyasətinin uğurla davam etdirildiyini sübut edir. Çünki Ulu Öndər Heydər Əliyev canı qədər sevdiyi Azərbaycanın sabahını özü qədər inandığı, güvəndiyi cənab Prezident İlham Əliyevə əmanət etdi. Bu gün biz füzulilər qurtuluşumuzun səbəkarı olan ümummilli lider Heydər Əliyevin yolunun və siyasi kursunun layiqli davamçıları Prezident cənab İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın apardıqları siyasəti bütünlüklə dəstəkəyir, bu siyasətin bizi tezliklə doğma Qarabağa aparacağına inanırıq.

Füzuli Rayon İcra Hakimiyyəti

Qurtuluşumuzun , xilasımızın səbəbkarıQurtuluşumuzun , xilasımızın səbəbkarıQurtuluşumuzun , xilasımızın səbəbkarıQurtuluşumuzun , xilasımızın səbəbkarıQurtuluşumuzun , xilasımızın səbəbkarı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi