
Quzu əti yeyənlərin sayı çoxalıb ki?- Bəs heyvandarlıqda tənəzzül hansı səbəblərdən qaynaqlanır?
Ötən həftə ölkədə quzu ətinin qiymətinin 21 manata yüksəlməsini və xırda buynuzlu heyvan sortlarının sayındakı azalmanı Azərbaycanda quzu əti yeyənlərin sayının çoxluğu ilə əlaqələndirdilər.
Saytlar da bunu heç nə bilmirlərmiş kimi bəh-bəhlə tirajladılar.Bu səpkidə ekspert niyə belə qəti imkan tədbirində danışdı, hər halda başa düşülən deyil.
Qaldı, bu kiminsə şəxsi qənaəti və ya subyektiv yanaşması ola bilər.Görünür ki, həmin şəxs (ekspert) kənd təsərrüfatını o dərəcədə bilir və yaxud ümumi heyvandarlıq təsərrüfatlarında azalma tempinin də izahını o cür başa düşür.
Amma həqiqət elə deyil və heç də Azərbaycan istehlakçısının hamısı hər ay quzu əti almır.Bu faktdır. Kimsənin buna şübhəsi varsa, buyursun ət satışı məntəqələrinə müraciət etsin. Maraqlansın, ötən illərdə, ötən aylarda ət satışı məntəqələrində gündəlik neçə baş iri və xırda buynuzlu heyvan satılıb, bu günün özündə neçəsi satılır. Hər halda quzu və dana ətinin satışındakı iki dəfədən artıq azalma göstərici ilə rastlaşmamaq mümkünsüz olacaq.Yəni istehlakçıların adından danışmaq, "quzu əti ona görə bahadır vaxtından əvvəl kəsilir,quzuların sayında buna görə artım yoxdur və yaxud quzu əti yeyənlərin sayı çoxalıb" fikiri kökündən yanlış yanaşmadır. Buna kimisə ilin, günün bu vaxtı inandırmağa cəhd sadəlövlükdür.
Digər tərəfdən, bu necə ola bilir, axı istehsal olunan quzuların hamısı kəsilmir.Çünki dişi xırda buynuzlu heyvanlar ət kəsimi məntəqələrində satış üçün istifadə edilmir. İkincisi də, istənilən dişi quzu növü sahibkar üçün heyvandarlığın balansda saxlanılması üçün damazlıq olaraq saxlanılır və bir neçə il istifadə olunur. Bu başlıca şərtdir. Buradan çıxan nəticə odur ki, həmişə olduğu kimi, o cümlədən günümüzün özündə də, erkək quzular satışa, dişi quzular isə damazlıq artım üçün saxlanılır.Yəni bu əmsal və yanaşma tərzindən irəliləyib fikir yürüdəndə belə anlaşılır ki,heyvandarlıqda orta xətt inkişaf tempi saxlanılmış olsa idi, xüsusilə xırda buynuzlu heyvanlarda artım tempi qorunmalı, həmçinin qiymətlər də bu qədər ildə bir neçə dəfə bahalaşmamalı idi.Onda artıq söhbətlərə də ehtiyac qalmazdı.
Açığı, son 5-6 ildə ölkədə iri və xırda buynuzlu heyvanların sayında kəskin azalmadan dolayı ətin bahalaşmasını “quzu əti ona görə bahadır vaxtından əvvəl kəsilir, xırda buynuzlu heyvanların sayında buna görə artım yoxdur və yaxud quzu əti yeyənlərin sayı çoxalıb” absurd fikirlərlə əlaqələndirib, yaranmış bu sahədəki kritikliyi kimlərə isə bəraət qazandırmaq düşüncəsi ilə gündəmə gətirmək yersizdir.
Bəs, son 5-6 ildə ölkədə iri və xırda buynuzlu heyvanların sayında kəskin azalma nə ilə bağlıdır?
1. Heyvandarlığın inkişafı üçün önəm kəsb edən örüş yerlərinin təyinatının dəyişdirilməsi və həmçinin başqa məqsədlər üçün istifadəsi səbəbindən torpaq sahələrinin azalması;
2. Heyvandarlıq üçün lazımlı qida vasitələrinin, dərman və baytarlıq ləvazimatlarının gömrük rüsumlarının artım səbəbindən əlçatmaz olması;
3. Dizel yanacağının bahalaşması, bahalaşan dizel yanacağının ot bağlamalarının başa gəlməsində maya dəyərinə təsiri;
4.Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan 10-a yaxın heyvandarlıq müəissələrində baş vermiş tənəzzül, DAİM-lərə süni mayalanma üçün ayrılan dövlət vəsaitindən səmərəli istifadə edilməməsi və bu istiqamətdə suii istifadə hallarına yol vermələr, eləcə də nazirliyin hələ də bölgələrdə fermerlərlə marifləndirmə işini qura bilməməsi;
5.Azərbaycan məmurlarının son illər heyvandarlığa marağı və bu sahədə manapoliya halları,heyvandarlıqla məşğul olan orta səviyyəli fermer təsərrüfatlarının sıxışdırılıb sıradan çıxardılması və s. hallar səbəbindən ölkədə iri və xırda buynuzlu heyvanların sayında kəskin azalma və bahalaşma özünü göstərir. Özü də ətin qiymətində bahalaşma ildə bir dəfə deyil, bir neçə dəfə.Vəssalam, şüttamam!
Faktinfo.az
Bu xəbər üçün şərh yazın