Rafael Cəbrayılov istefa verdi - Rəsmi müraciət
Rafael Cəbrayılov mandatdan imtina etməsi ilə bağlı Milli Məclisə müraciət edib.
Deputat etdiyi əməllərə - borc pul alıb qaytarmaması, deputat vəsiqəsini girov qoyması - görə üzr istəyib.
Artıq Milli Məclisin sədri Oqtay Əsədov deputatın müraciəti ilə əlaqədar tapşırıq verib.
O. Əsədov Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə tapşırıb ki, sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq Mərkəzi Seçki Komissiyasına göndərilsin.
Xatırladaq ki, millət vəkili Rafael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb.
R. Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa şəxslərə də borcu var. Onun ümumi borcu 800 min dollardan çoxdur.
Bu xəbər üçün şərh yazın