"Relax" İstirahət Mərkəzi fərqli təqdimatla...

"Relax" İstirahət Mərkəzi fərqli təqdimatla... -Tarix 18 Avqust 2019-cu il

Bir neçə gündür "Relax" İstirahət Mərkəzinin koronavirusla mübarizə üçün 500 nəfəri karantinə yerləşdirməsi (bu rəqəm arta bilər) haqqında xəbərlər yayılır.

Məlumatlarda o da qeyd olunur ki,"Relax"ın rəhbəri Çingiz Məmmədov bu aksiyaya öz təşəbbüsü ilə qoşulub və bir çox maliyyə xərclərini də öz üzərinə götürüb.Bu hərəkəti ilə ölkə miqyasında ilk olaraq digər istirahət mərkəzlərinə,iş adamlarına nümunə olub.Sayt olaraq bir neçə gündür ki,tirajlanan bu xəbərlərin yerli informatorlara istinadən doğruluğuna Faktinfo.az üçün də artıq şübhə yeri qalmadı,milyonların oxuduğu bu xəbəri yaymağı təkirarçılıq bildik.Amma...

Tarix 18 Avqust 2019-cu il

"Relax" İstirahət Mərkəzinə dair xəbərlər ölkə boyu tirajlanır,bu istirahət mərkəzinin sahibi kimi millət vəkili İqbal Məmmədov qələmə verilir,o əsassız yerə tənqid olunur,vergi müfəttişlərinin guya istirahət mərkəzinə buraxılmaması,onlara güc tətbiq olunmasına dair xəbərlər şişirdilirdi.Bir neçə gün sonra isə əksər saytlarda "Relax"da baş verənlərlə bərabər İqbal Məmmədova dair nə "məlumat" varsa "köhnə xatirələr" qiyafəsi ilə "səmimiyyət" pərdəsi altında yayılır,millət vəkilindən düşmən obrazı yaradılırdı.Bircə o qalırdı ki,əhaliyə çağırış edilsin ki, "Relax" İstirahət Mərkəzinə getməyin.

Bir sözlə, sahibkarlığın beşik həyatı dövlət iqtisadiyyatı ilə birləşəndə hansı müsbət meyillərin baş verdiyini  bilməyənlər və ya bunu görməzdən gələnlər az qalırdılar ki,xarici informasiya vasitələrindən də sitat gətirərək desinlər ki,"Relax" İstirahət Mərkəzinin rəhbərliyi və İqbal Məmmədov bu xalqın düşmənidir.Həmçinin,sonrakı həftələrdə də KİV-lər üzərindən "Relax" İstirahət Mərkəzi ilə bağlı təcrid siyasəti həyata keçirildi.Yay mövsümündə başladılan bu siyasət o, dövrə təsadüf edirdi ki, ölkə vətəndaşlarının və turistlərin daha çox istirahət üçün seçdikləri məkanlardan biri -"Relax" İstirahət Mərkəzi idi.

Tarix 22 mart 2020-ci il ,7 ay sonra

"Relax" İstirahət Mərkəzi bu dəfə fərqli təqdimatla saytlarda tirajlanır,istirahət mərkəzinin rəhbəri Çingiz Məmmədov qlobal böhrana səbəb olmuş koronavirus pandemiyasına qarşı mübarizədə bir çox sahibkarlara örnək göstərilir.İstirahət mərkəzinin rəhbəri 60 həkimi karantində 500  Azərbaycan vətəndaşına tibbi yardım məqsədi ilə xidmətə cəlb etməsi,bir çox maliyyə xərclərini üzərinə götürməsi,ölkə rəhbərliyinin çağırışına qoşulanların öncüllərindən olması günümüzün trendinə çevrilir.Nə isə...

Göründüyü kimi,zamanla "Relax" İstirahət Mərkəzi və onun rəhbərliyini  təkrar-təkrar, əsassız şəkildə  tənqid edən bəzi saytlar özlərini təkzib etmiş oldular.Beləliklə,istirahət mərkəzinin rəhbərliyi ilə münasibətlər müəyyən mənada tənzimləndi.

Buradan isə aşağıdakı nəticəni çıxarmaq olar:

1. Keçmişi unutmaq şərti ilə,sabaha addımlamaq vacibliyindən irəli gələn bir şəkildə "Relax" rəhbərliyi mətbuatla bir daha əməkdaşlıq yolunu tutdu.

2. Beş yüz (500)  vətəndaşımızı "Relax" İstirahət Mərkəzində karantində yerləşdirməklə, Çingiz Məmmədov tarixən mövcud olmuş  milli dəyərlərə sadiq qaldığını,milli təsübkeşlik məsələsində ilklərdən olduğunu ,sahibkar kimi vətəndaşlarımızın, millətimizin sağlamlığına biganə olmadığını ,məmləkətdaxili önəmli məsələlərdə həmrəyliyin vacib olduğunu sərgilədi.

3. İnsana mənəvi güc verən xalqa xidmət hissi hesab edilirsə "Relax" rəhbərliyi də koranavirusla bağlı olan ümummilli səfərbərlikdən kənarda qalmamaqla mənəvi cəhətdən də rahat oldular.

4.Fəaliyyətləri ilə milli amala xidmət etdiklərini,çətin zamanlarda xalqa həmrəy olduqlarını "Relax" rəhbərliyi olaraq cəmiyyətə çatdıra bildilər.

5.Çingiz Məmmədov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin koronavirusla bağlı çağırışlarına qoşulmaqla dövlət səviyyəsində yuxarıdan aşağı istiqamətləndirilən bütün çağırışlara hazır olduğunu nümayiş etdirdi.

Faktinfo.az

"Relax" İstirahət Mərkəzi fərqli təqdimatla..."Relax" İstirahət Mərkəzi fərqli təqdimatla..."Relax" İstirahət Mərkəzi fərqli təqdimatla..."Relax" İstirahət Mərkəzi fərqli təqdimatla..."Relax" İstirahət Mərkəzi fərqli təqdimatla...
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi