Rəsmi Ankara etiraz edir, Avropa İttifaqının hesabatı qəbuledilməzdir -Səbəb
Türkiyə hökuməti Avropa İttifaqının hesabatında yer alan əsasız və haqsız məqamları rədd edir.
Bunu Türkiyə Xarici İşlər nazirinin müavini Faruq Qaymaqçı bildirib.
O söyləyib ki, hesabatda Türkiyənin guya Avropa İttifaqından uzaqlaşdığı barədə yersiz ifadələr əks olunub.
Türkiyənin bu məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini deyən nazir müavini bildirib ki, hesabatda FETÖ terror təşkilatının adının “Gülən hərəkatı” kimi təqdim olunması da qəbuledilməzdir/Axar.az.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın