Ronaldu Messinin komanda yoldaşı ola bilər
Fransanın “Pari Sen-Jermen” (PSJ) klubu "Mançester Yunayted"inin futbolçusu Kriştianu Ronaldu ilə maraqlanır.
Bu barədə jurnalist Pedro Almeyda öz tviter səhifəsində yazıb.
Qeyd olunub ki, “Pari Sen-Jermen”in futbol müşaviri Luis Kampos mümkün transferlə bağlı futbolçunun agenti Jorj Mendeş ilə əlaqə saxlayıb.
“Mançester Yunayted” ötən mövsüm Premyer Liqanı 6-cı pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Bu fakt onun İngiltərə yığmasında qalmaq istəyinə təsir edir. PSJ də öz növbəsində Fransa çempionatının qalibi kimi turnirə qatılacaq.
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubunun ardıcıl üçüncü məşqində iştirak etməyib. 37 yaşlı hücumçunun mövsümöncəsi Avstraliya və Taylandakı hazırlıq prosesinə qoşulub-qoşulmayacağı bəlli deyil.
Təcrübəli oyunçu formada qalmaq üçün hazırda ölkəsində məşq bazasındadır. Portuqaliyalı forvard bu yaxınlarda "qırmızı şeytanlar"dan ayrılmaq istədiyini bildirib və agentindən yeni komanda tapmasını xahiş edib.
Qeyd edək ki, "Mançester Yunayted" ötən mövsüm Premyer Liqanı 58 xalla 6-cı sırada başa vurub. Ronaldu ümumilikdə "qırmızı şeytanlar"da 38 matça çıxıb və 24 qola imza atıb. Təcrübəli forvardın klubla müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır./Report.az
Bu xəbər üçün şərh yazın