Rus ordusu niyə geri çəkildi? - Şərh
Rus qoşunlarının Kiyev vilayətindən geri çəkilməsinin ən böyük səbəbi resuslarının azalmasıdır.
Faktinfo.az xəbər verir ki,bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli rus ordusunun Kiyev vilayətindən geri çəkilməsini şərh edərkən bildirib.
“Sülh danışıqlarında ilkin razılaşmaların olduğu haqda məlumatlar var. Ehtimala görə, Rusiya danışıqların nəticə verməsi üçün Kiyevə hücumunu dayandırıb. Ancaq hesab edirəm ki, əsl səbəb rus ordusunun canlı qüvvə və hərbi texnika itkisinin böyük olması ilə bağlıdır. Çünki Rusiyanın imkanları geniş olsaydı, o, heç vaxt Kiyevi tutmaqdan imtina etməyəcəkdi. Rusiya ordusu danışıqları bəhanə edərək, zəifliyini güzəşt kimi təqdim etməyə çalışır”.
Politoloq Elxan Şahinoğlunun fikrincə də Rusiya Kiyevi işğal edə bilməyəcəyini anladığı üçün geri çəkilir:
“Rusiya “B planı”nı işə salır. Hansı əraziləri işğal ediblərsə, ordunu da ora cəmləyirlər. Krıma quru yolu əldə ediblər, üstəlik, Donbas separatçı bölgəsinin ərazisini genişləndirmək üçün çalışırıar. İndi əsas döyüşlər bu ətrafda keçiriləcək”.
Bu xəbər üçün şərh yazın