“Rusiya Afrika ölkələrinin təbii sərvətlərini talayır”- Bu yolla müharibəni maliyyələşdirir
Rusiya Ukraynadakı müharibəni maliyyələşdirmək üçün Afrika ölkələrindən istifadə edir.
AzPolitika.info xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirib.
Səfir Vaqner Qrupunun Afrika ölkələrindən təbii ehtiyatların qaçaqmalçılığı ilə məşğul olduğunu deyib: “Rusiya Mərkəzi Afrika Respublikası, Mali, Sudan və digər ölkələrin təbii ehtiyatları hesabına Ukraynadakı müharibəsini maliyyələşdirməklə məşğuldur. Afrikadakı insanlar Vaqner Qrupunun istismarçı təcrübələri və insan hüquqlarının pozulmasına görə ağır bədəllər ödəyirlər”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın