Rusiya Xəzərdən “Kalibr” raketi ilə “Avraam Linkoln”u vurar? - BELƏ VERSİYA İRƏLİ SÜRÜLDÜ...
axın Şərq regionuna özünün nəhəng “Avraam Linkoln” təyyarədaşıyan gəmisini və strateji bombardmançıları göndərib.
Xəbər verildiyi kimi ABŞ İrandan qaynaqlanan hansısa hərbi təhdidə görə Y İran ətrafında gərginlik getdikcə artır və analitiklər müharibə ehtimalını yüksək hesab edirlər. Bəs İranın faktiki müttəfiqi Rusiya bu vəziyyətdə nə edəcək?
virtualaz.org xəbər verir ki, Rusiya mənbələrində “Avraam Linkoln” təyyarədaşıyanının İrana hücum cəhdi zamanı “xoşagəlməz sürprizlə” qarşılaşa biləcəyi irəli sürülür. Bu sürpriz isə Rusiyanın “Kalibr” qanadlı raketləridir.
Versiya.info portalında bu barədə deyilir: “Ehtimal var ki, Rusiyanın Xəzər donanmasın gəmiləri özünün “demokratiya alətlərini” “Kalibr” qanadlı raketlərinin qismində amerikalı tərəfdaşlarına qarşı tətbiq etməli olsun. Əgər ABŞ tutarlı səbəblər və sübutlar olmadan hücum etməyə cəhd göstərərsə o zaman Amerika təyyarədaşıyanı “Kalibr” raketləri üçün problem deyil. Bu addımı Rusiyanın hərbi doktrinası və beynəlxalq hüququn normaları əsasında atmaq mümkündür”.
Rusiyanın Xəzər donanmasının gəmiləri bundan əvvəl “Kalibr” qanadlı raketləri ilə Suriyada yaraqlıların mövqelərinə nümayişkarənə zərbələr endirib. Bu raketlər 2 min kilometr mənzilə malikdir.
Bu xəbər üçün şərh yazın