Rusiya XİN zəmin yaradır:

Rusiya XİN zəmin yaradır: Andrey Rudenkonun fikiri Paşinyanın “Qarabağ planı”ı ilə üst-üstə düşür

“Ümid edirik ki, Ermənistandakı vəziyyət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı razılaşmasının icrasına təsir etməyəcək”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Rusiya XİN başçısının müavini Dağlıq Qarabağdakı sülhməramlı qoşunlarının sayının artırılması məsələsinin gündəmdə olmadığını da qeyd edib: “Rusiya sülhməramlılarının sayı dövlət başçılarının üçtərəfli bəyanatında dəqiq müəyyən olunub. Biz orada yazılanlardan çıxış edirik. Belə məsələ gündəmdə durmur”.

A.Rudenkonun sözlərinə görə, Moskva ümid edir ki, Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirə etməkdən imtina etməsi regionda münaqişənin yeni dalğasına səbəb olmayacaq.

"Ümid edirik ki, bu, yeni dalğaya gətirib çıxarmayacaq” deyən rusiyalı diplomatın Dağlıq Qarabağın statusunun həlli üçün hansısa müddətinin mövcud olub-olmaması ilə bağlı suala cavabı isə belə olub: “Xeyir, bunun müddəti yoxdur. Status məsələsi çox həssasdır”./APA.az

Faktinfo.az bildirir ki,bir az əvvəl, Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə genişmiqyaslı reform keçirmək niyyətində olduğunu və bununla bağlı yol xəritəsi təqdim edəcəyini açıqlayıb.Paşinyan bildirib ki, Ermənistan hakimiyyəti ATƏT-in Minsk Qrupu danışıqları formatına qayıtmaq və “artsax”ın statusunu bərpa etmək istəyir.Göründüyü kimi,Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Dağlıq Qarabağın statusunun həlli üçün hansısa müddətin mövcud olub-olmaması ilə bağlı suala cavabı, Nikolun açıqlaması ilə müəyyən mənada eynilik təşkil edir.Bunun təsadüf olduğunu hesab etmək sadəlövlük olar.

Rusiya XİN: “Status məsələsi çox həssasdır”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi