Rusiyadan Ermənistana silah və muzdlu bu cür daşınır

Rusiyadan Ermənistana silah və muzdlu bu cür daşınır 

Bu gün Ermənistanın Rusiyadakı səfirliyi rəsmi açıqlama yayaraq, “Nord Star” aviaşirkətinin Domodedovo hava limanından Ermənistana iki xüsusi çarter reysi həyata keçirəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki,Ermənistan səfirliyinin Feysbuk səhifəsində yerləşdirilən məlumatda reyslərin 21 və 25 oktyabrda gerçəkləşdiriləcəyi bildirilib.

Səfirlik guya bu elanla Ermənistana getmək istəyənlərə üz tutub və onların müraciət etməsi üçün telefon və Votsap nömrələri təqdim edib.

Ermənistanda son günlər koronavirusun tüğyan etdiyi, günlük yoluxma və ölüm sayının pandemiyanın elan edildiyi vaxtdan bəri rekord səviyyəyə çatdığı vaxtda Moskvadan Ermənistana getmək istəyənlər üçün xüsusi çarter reysinin təşkil edilməsi diqqətdən yayına bilməz. Üstəlik, Ermənistana deyil, Ermənistandan Rusiyaya işləməyə getmək üçün ermənilər vaxtaşırı olaraq Ermənistan hökumət binasının qarşısında aksiyalar keçirirdilər. Bura Ermənistanın faktiki olaraq müharibə apardığını və ölkədə iqtisadi, siyasi və hərbi baxımdan çox acınacaqlı bir vəziyyət yaşandığını nəzərə alsaq, çarter reyslərinin heç bir halda “mülki vətəndaşı daşımaq üçün” həyata keçirilmədiyi şübhəsizdir.

Çarter reysini “Aeroflot”un deyil, “Nord Star”ın gerçəkləşdirməsi də ciddi şübhələrə əsas yaradır.

Məsələ ondadır ki, Gürcüstan Ermənistana hərbi yüklərin daşınmasını qadağan etdikdən sonra İrəvan hökuməti ölkəyə silah gətirmək üçün müxtəlif hiylələrə və qanunsuzluqlara əl atır. Hətta bunun üçün mülki təyyarələrdən də istifadə edir.

Bir müddət öncə isə Ermənistanın rəhbər şəxslərinin təyyarələri vasitəsilə də hərbi yüklər daşındığı bəlli olub. Oktyabrın 10-da Moskvada Lavrovla görüşdən geri dönən Zöhrab Mnatsakanyanın hökumət təyyarəsində 300 ədəd “Kornet” tank əleyhinə raket gətirdiyi üzə çıxmışdı. Mnatsakanyan bu işdə tək deyil. Müxtəlif səbəblərə görə Moskvanı ziyarət etməli olan Baş nazirin müavini Mqer Qriqoryan və Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan da oxşar metodlardan yararlanıblar.

Ermənistana mülki təyyarələrlə silah danışmasını həyata keçirmək üçün üçüncü ölkələrdə diaporlar aktivləşib. O qruplar “humanitar yardım”, ya da “çarter reysləri” adı altında əslində Ermənistana silah daşımaqla məşğuldurlar.

Konkret olaraq Rusiyadan silah daşınmasını Ermənistanın Müdafiə naziri David Tonoyan, Paşinyanın qeyri-leqal biznes ortağı və məşhur silah qaçaqmalçısı David Qalstyan və Rusiyadakı ən zəngin erməni sayılan milyarder Samvel Karapetyan kurasiya edirlər.

Erməni əsilli Rusiya vətəndaşlarından isə “yardım üçün” milyonlar toplanır və bu vəsait Rusiyada müxtəlif yollarla silah alınmasına xərclənir. Görünür, son vaxtlar alınan silahlar 21 və 25 oktyabrda “çarter” adı verilən reyslərlə daşınacaq.

Çarter reysləri ilə silahla bərabər, muzdluların da gətiriləcəyi istisna edilmir. Bəzi Teleqram kanalları artıq Qalstyan və Karapetyanın muzdlu topladığını iddia edib. Qeyd edilir ki, onların arasında “Vaqner”çilər də var.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi