Rusiyaya bu məhsulların da tədarükü qadağan olundu
Avropa Birliyi Rusiyaya oyuncaq dronların, portativ kompüterlərin, radionaviqasiya sistemlərinin, radionəzarət avadanlıqlarının, kameraların tədarükünü qadağan edib.
Bu barədə Avropa Komissiyasının saytında yerləşdirilən məlumatda deyilir.
Sənədə əsasən, yeni məhdudiyyətlər oyuncaq və istirahət üçün nəzərdə tutulmuş dronlara, mürəkkəb generatorlara, daşınan kompüterlərə və kompüter komponentlərinə, elektron sxem lövhələrinə, radionaviqasiya sistemlərinə, radionəzarət avadanlıqlarına, təyyarə mühərriklərinə və mühərrik hissələrinə şamil edilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın