Rüşvət alan kapitanla bağlı araşdırma başladı – Rəsmi
Tanınmış nasir, publisist Xeyrəddin Qocanın qızından 100 manat rüşvət aldığı iddia edilən Yasamal Rayon Polis İdarəsinin kapitanı Emil Seyidov haqqında araşdırma başladılıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
“Məsələ ilə bağlı Xeyrəddin Qoca ilə əlaqə saxlamağa çalışıram. Bizdə belə hallar müzakirə edilmir, birbaşa araşdırma aparılır. Mətbuatda yayımlanan xəbərdən sonra dərhal araşdırma aparılması üçün göstəriş verilib”, - Əsədov bildirib.
Qeyd edək ki, Xeyrəddin Qoca Feysbuk sosial şəbəkəsində avtomobilinin texniki pasportu və sürücülük vəsiqəsi əlindən alınan qızından rüşvət istənilməsi haqda status paylaşıb. O, Yasamal Polis İdarəsinin kapitanı Emil Seyidovun ona, “Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim” deyərək rüşvət istədiyini yazıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın