Saakaşvilidən Zelenskiyə məktub: Vətəndaşlığımı bərpa et!

Saakaşvilidən Zelenskiyə məktub: Vətəndaşlığımı bərpa et! 

Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığının bərpası ilə bağlı yeni prezident Vladimir Zelenskiyə məktub ünvanlayıb.

“İnterfaks-Ukrayna” xəbər verir ki, məktubu siyasətçinin vəkili Ruslan Çernolutski administrasiyaya təqdim edib.

“Bütün hüquqşünaslar təsdiqləyir ki, mənim Ukrayna vətəndaşlığından çıxarılmam qeyri-qanunidir. Ukrayna Konstitusiyasında göstərilir ki, ukraynalının vətəndaşlığını ləğv etmək qadağandır. Beynəlxalq hüquqda isə göstərilir ki, insanı ümumiyyətlə vətəndaşlığı olmayan şəxs kimi saxlamaq olmaz”, - deyə məktubda bildirilib.

Saakaşvili həmçinin Ukraynada ona hər hansı vəzifə və üstünlüklərin lazım olmadığını yazıb.

Keçmiş qubernator əlavə edib ki, Zelenskinin onun vətəndaşlığının bərpası ilə bağlı hər hansı şübhəsi yaranarsa, o zaman hüquqlarının məhkəmədə müdafiəsi üçün ölkə sərhədlərini keçmək barədə Dövlət Sərhəd Xidmətinin rəhbərinə göstəriş verə bilər./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi