Saakaşvilinin ölümü qaçılmazdır - Şok hesabat

Saakaşvilinin ölümü qaçılmazdır - Şok hesabat 

“Empatiya” Tibb Mərkəzi Gürcüstanın eks-prezideni Mixail Saakaşvilinin səhhəti ilə bağlı hazırlanmış hesabatı ictimaiyyətə təqdim edib.

Hesabatda zəhərli, o cümlədən kimyəvi birləşmələrin və radioaktiv maddələrin vaxtında diaqnostikasının aparılmasının zəruri olduğu bildirilib.

Qeyd olunub ki, proses gecikdirilərsə, bu zaman intoksikasiya ehtimalını nəzərə alaraq, Saakaşvilinin komaya düşməsi və ölümü qaçılmazdır.

Hesabatda 20-dən çox diaqnoz və ya simptom-kompleks olduğu bildirilib.

Qeyd edilib ki, onlardan 10-u ciddi diaqnozdur və bu da Saakaşvilinin mövcud vəziyyətdə həbsdə saxlanmasının yolverilməz olduğunu ortaya qoyur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər